Şəxsi kabinet Online müraciət

Mühasib

2025-06-30 Bakı, Azerbaycan
  • Vəzifə öhdəlikləri

     

    • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlər və s. hesabı) yerinə yetirmək;
    • Əsas vəsaitlərin uçotunu aparmaq, mədaxili, yerdəyişməsi və silinməsini sənədləşdirmək;
    • İnventarizasiyanın aparılmasında və sənədləşdirilməsində iştirak etmək;
    • Departamentin rüblük olaraq vergi bəyannamələrini hazırlanmaq, hazırlanmış bəyannamələri aidiyyəti üzrə təqdim etmək;
    • Mühasibatlıq sənədlərini 1C mühasib proqramına daxil etmək;
    • Departamentin ay üzrə təqdim olunan bank cədvəllərinin əmək haqqı hesablanması cədvəli ilə uyğunluğunu yoxlamaq;
    • Ezamiyyətə gedən işçilərin gündəlik və kommunal xərclərinin ödənilməsi üçün ezamiyyə vərəqələrinə uyğun hesabatı işçilərdən qəbul etmək və nəzarəti həyata keçirmək;
    • Şirkətin anbarı üzrə mal-materialların uçotunu aparmaq, sahələr üzrə mal-material hesabatlarını qəbul etmək və yoxlamaq;
    • Materialların, yanacağın, pul vəsaitlərinin sərf olunmasının düzgünlüyünə nəzarət etmək;
    • Rəhbəri tərəfindən verilmiş tapşırıqları icra etmək.

     

  • Namizədə dair tələblər

     

    • Ali təhsil: Müvafiq sahə üzrə
    • İş stajı: Tələb yoxdur
    • Dil biliyi: İngilis və ya rus Dili
    • Sertifikatlar: ACCA (F3, F7);
    • Rəqəmsal bacarıqlar: MS office (yaxşı səviyyə), 1 C 
    • Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanunu və digər qanunvericilik aktları; Mühasibat hesabının
    • metod və formaları, uçot və hesabatı; Hesabatların plan və korrespondensiyası; Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili; Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydaları; Hesablama texnikasının istismarı qaydaları
    • Analitik düşüncə, nəticəyönümlülük, peşəkar ehtiyatlılıq, vaxtın effektiv idarə edilməsi, problem həlletmə, diqqətlilik

     

  • İş qrafiki

     

    • 5 günlük
    • İş saatı: 09:00-18:00
    • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
    • İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza

     

  • Əlavə üstünlüklərimiz

     

    • Könüllü tibbi sığorta;
    • Nahar ilə təmin edilmə;
    • Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı

     

  • Ünvan

    Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza

    Tələblərə cavab verən namizədlər öz CV-lərini "Mühasib" başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət et