Şəxsi kabinet Online müraciət

Yük və baqaj qəbul təhvilçisi

2025-01-31 Bakı, Azerbaycan
  • Vəzifə öhdəlikləri
    • Dəmir yolunda daşınan yüklərin qəbulu, çəkilməsi, yüklənməsi, çeşidlənməsi, yenidən yüklənməsi, boşaldılması, qorunması və verilməsinin təşkil etmək;
    • Kommersiya baxımından dolu və boş vaqon, konteyner, yükgöndərən və yükalanların vasitəsi ilə yükləmə və boşalma altına verilən yüklərin qəbulu və təhvilini həyata keçirmək;
    • Dəmir yoluna məxsus altlıq, daşıma qurğularının yükgöndərən və yükalanlardan qəbulunu, təhvilini və qeydiyyatını aparmaq;
    • Sənədlərin (qəbul-təhvilçinin yaddaş vərəqəsi) tərtib edilməsi və yüklərin qəbulu, yüklənməsi, çeşidlənməsi, yenidən yüklənməsi, boşaltması, dəmir yollarına məxsus yüklərin, vaqon, konteyner, altlıq və çıxarılan daşıma qurğularının verilməsi və örtülməsi haqqında hesabatı aparmaq;
    • Yüklənən və boşalan vaqonların, qəbul və təyinatı üzrə göndərilən vaqonların emal olunması üçün ADY SMART (və ya daxili proqram) proqramı üzərindən işləmək;
    • Kommersiya baxımından boş və dolu vaqonları təhvil vermək və həmçinin onları yükləmə və boşaltmadan sonra qəbul etmək.
    • Kommersiya nasazlığı barəsində Forma QU-23 Ümumi formalı akt tərtib etmək;
    • Qaydalarla nəzərdə tutulmuşdursa yükün kütləsini, yer sayını və onun vəziyyətini yoxlamaqla təhvil vermək; Yükləmə-boşaltma işlərinin aparılması zamanı yükgöndərən və yükalanlar tərəfindən Dəmir Yolu Nizamnaməsinə, Qaydalarına, Texniki şərtlərinə və yük vaqonlarının salamatlığının təmin edilib riayət olunmasına sistematik nəzarət etmək;
    • Ümumi istifadə yollarında yüklənmiş və boşaldılmış vaqonların və yükalanlardan qəbulu (təhvili) vaqonların yükləmə (boşaltma) yerində həyata keçirmək.

     

  • Namizədə dair tələblər
    • Təhsil: Ümumi (orta)
    • Rəqəmsal bacarıqlar: MS office (orta səviyyə)
    • Dəmir yolu nəqliyyatı ilə yüklərin daşınması qaydaları
    • Diqqətlilik, peşəkar ehtiyatlılıq, müstəqil işləmə məlumatların idarə olunması
    • Sumqayıt şəhərində yaşayanlara üstünlük veriləcək
  • İş qrafiki
    • Növbəli
    • İş saatı: 08:00-20:00 və 20:00-08:00
    • İş yeri: (Sumqayıt dairəsinin yaxınlığı)
  • Əlavə üstünlüklərimiz
    • Tələblərə cavab verən namizədlər öz CV-lərini “Yük və baqaj qəbul təhvilçisi” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər
  • Ünvan

    Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza

    Tələblərə cavab verən namizədlər öz CV-lərini "Yük və baqaj qəbul təhvilçisi" başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət et