Şəxsi kabinet Online müraciət
Geriyə

“ADY Express” MMC-də kadr dəyişikliyi

“ADY Express” MMC-də kadr dəyişikliyi

Ölkəmizin dəmir yolları sistemində aparılan islahatlar çərçivəsində, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-nin fəaliyyətində bir sıra yeniliklər həyata keçirilib.

Şikrətdə aparılan islahatlar, onun rəqabət qabiliyyətinin artırılmasına, şəffaflığının təmin edilməsinə və ümumilikdə dəmir yollarında yükdaşıma sahəsinin inkişafına yönəlib.

Qeyd olunan islahatlar çərçivəsində “ADY Express” MMC-nin direktoru əvəz edilib. ADY Express-in direktor vəzifəsinə – Vüqar Mirqasımov təyin edilib.

Qeyd edək ki, Vüqar Mirqasımov 25 ildən artıq logistika sahəsində fəaliyyət göstərib, son 10 il ərzində isə BP şirkətinin logistika üzrə mütəxəssisi vəzifəsində çalışıb və logistika sahəsində təcrübəli kadr sayılır.

Şirkətdə aparılan islahatlar bununla yekunlaşmır. ADY Express-də bir sıra mühüm vəzifələrə artıq yeni kadrlar təyin edilib. Şirkətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.