Şəxsi kabinet Online müraciət

Şimal-Cənub Nəqliyyat Dəhlizi

Şimal-Cənub Nəqliyyat Dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb.
Marşrut

Baltik dənizi – Rusiya – Azərbaycan – İran – Hindistan Şimal-Cənub Nəqliyyat Dəhlizi Marşruta bax Marşruta bax

Şimal-Cənub Nəqliyyat Dəhlizinin qərb marşurutu əsasən Hindistan subkontinentindən və Fars körfəzi regionundan yüklərin Azərbaycan ərazisindən Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına xidmət edir. Şimal-Cənub Nəqliyyat  Dəhlizinin qərb marşurutunun digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır.

Əgər dəniz yolu ilə daşıma Fars körfəzi və Hind okeanı, Süveyş kanalı, Aralıq dənizi, Baltik dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, Şimal-Cənub Tranzit Dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir.