Şəxsi kabinet Online müraciət

Konteynerlər

Konteynerlər

Azərbaycan və Orta Asiya ölkələrində etibarlı dəmir yolu şəbəkəsindən istifadə edərək vaxtında və keyfiyyətli qapıdan qapıya konteyner daşımalarını həyata keçirən həqiqətən Azərbaycan şirkətlərinin sayı məhduddur.
ADY Express şirkətinin əsas məqsədi, müştərilərə “Vahid pəncərə” xidmətini təqdim etməklə, onlara qapıdan qapıya konteyner daşımalarından rahat istifadə etmək imkanı yaradır. 
Bu infrastrukturun təkmilləşdirilməsi, iri yükdaşıyıcıların ən məşhur tarixi marşrutlardan biri İpək Yolunun bərpasına, və TRACECA layihəsi çərçivəsində əməkdaşlıq sahəsində nail olunur.
ADY Express Avropa və Asiya arasında müntəzəm konteyner daşımalarını aşağıdakı marşrutlar üzrə həyata keçirir:  
Türkiyə-Gürcüstan-Azərbaycan-Mərkəzi Asiya 
Gürcüstan-Azərbaycan
Çin-Azərbaycan  
Bakıda yerləşən terminalımızda konteynerların yüklənməsi ilə bağlı tam çeşidli xidmətlər təklif edirik. 
ADY Express həmçinin Türkiyə və Mərkəzi Asiya arasında yükaşırma olmadan, konteynerlərin nəqlini təklif edir. Bu zaman boş konteynerlərin qaytarılması təmin edilir və yüklərin ümumi daşınması xərcləri aşağı düşür.