Şəxsi kabinet Online müraciət

Haqqımızda

“ADY Ekspress”  ölkəmizdə yükdaşımaların həcminin artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün  ekspeditor və iri həcimli yük sahiblərinə  onlayn xidmətlər təklif edir.

Biz kimik?

Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmiz coğrafi cəhətdən Qafqazın əlverişli mövqeyində yerləşir. Bu mövqe Xəzəryanı ölkələrin tranzit yükdaşıma potensialının artırılması istiqamətində bir çox layihələrin həyata keçirilməsi ilə nəticələnib. Ölkə başçısı İlham Əliyevin dəstəyi ilə tranzit yük daşımalarının artırılması istiqamətində nəqliyyat sahəsində bir sıra islahatlar aparılıb və layihələr reallaşdırılır. Azərbaycanın əsas tranzit ölkə kimi artan əhəmiyyətini və dəmir yolu xidmətlərinə yüksək tələbatı nəzərə alaraq, dünya standartlarına uyğun olaraq “Azərbaycan Dəmir Yolları” QSC yeni strukturu - “ADY Ekspress” MMC-ni yaradıb. ADY Express yüklərin cəlb edilməsi və ölkəmizdən keçən tranzit yüklərin həcminin artırılması üçün ekspeditorlara və iri yük sahiblərinə onlayn xidmətlər göstərir.
Biz kimik?
Biz kimik?
Biz kimik?

 “ADY Ekspress” MMC “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olaraq  aşağıdakı üstünlüklərə malikdir:

Azərbaycanın dəmir yolları ilə bağlı bütün vacib, operativ məlumatlara dərhal çıxış

Vaqonların hərəkəti təchizatı ilə bağlı yarana biləcək problemlərinin qısa zamanda həlli

 Dəmir yolu ilə yükdaşıma sahəsində uzun illər təcrübəsi:

Sadiq müştərilər100 - dən çox şirkət

İT həlləri, innovasiyalar

Digər ölkələrin dəmir yolu administrasiyalarının aparıcı ekspeditorları ilə sıx, işgüzar əlaqələr

 Azərbaycandan keçən beynəlxalq tranzit dəhlizlərinin əsas operatoru:

Bütün marşrutlar istiqamətlər üçün yüksək keyfiyyətli inteqrasiya olunmuş logistik zəncirlərin tariflərin təqdimatı

 Operativ idarəetmədə universal ixtisaslaşmış vaqonların şəxsi parkı:

Vaqonların təmiri, buxarlanması, yuyulması yüklərin daşınması üçün vaxtında doldurulması xidmətləri

 

 

Strateji baxış

Strateji baxışımız sürətlə böyüyərək, regionda nəqliyyat və logistika sahəsində liderlər sırasında dayanmaq və dünyanın qabaqcıl şirkətləri arasında qərarlaşmaqdır.

Missiyamız

Müştərilərin gözləntilərini doğruldacaq keyfiyyətli xidmət və məhsul təqdim etmək şirkətimizin əsas missiyasıdır.

Keyfiyyət siyasətimiz

  • Müştərinin ehtiyacını tam olaraq qarşılamaq və müştəri məmnuniyyətini prioritet saymaq;
  • Təqdim etdiyimiz xidmətlərin keyfiyyətini daim artırmaq;
  • Başlanan hər layihəni vaxtında, istənilən keyfiyyətdə və büdcə sərhədləri içində əskiksiz tamamlamaq;
  • İçində olduğumuz cəmiyyətə və ətraf mühitə hörmət, nümunəvi bir quruluş olmaq və işimizi inkişaf etdirərək ölkə iqtisadiyyatının inkişafına bəhrəmizi vermək;
  • İşçilərin inkişafı üçün müntəzəm təlimlər keçirmək.

 Dəyərlər:

  • Peşəkarlıq
  • Müştərilərimizə göstərdiyimiz xidmətin əməkdaşlarımız tərəfindən yüksək peşəkarlıqla qarşılanması.
  • Davamlı təkmilləşmə
  • Şirkətin və əməkdaşlarının fəaliyyətinin davamlı təkmilləşdirilməsini təmin etmək.
  • Keyfiyyət

Müştərilərimizin maraqlarını yüksək keyfiyyətli fəaliyyət və xidmətlər vasitəsilə təmin etmək.