Təqribi çatma vaxtı
22 Noyabr 09:28:51
Sayt üzərindən online sorğu keçməklə və ya daşınma qiymətinin hesablanması üçün tələb olunan məlumatları info@adyexpress.az ünvanına elektron poçtla göndərmək mümkündür: Göndərilmə stansiyası, Təyinat stansiyası, Vaqon/konteyner növü Vaqon/konteynerin mənsubiyyəti, Vaqon/konteynerdəki yükün çəkisi (tonla), Yükün GNG/ETSNQ kodları, Yük haqqında ümumi məlumat – Məsələn, qablaşdırma növü və digər xüsusiyyətlər, Hesablanması tələb olunan marşrut və ya ərazi qeyd edilməlidir.
- Şirkətin kartı (idarəçi haqqında məlumat, şirkətin hüquqi və faktiki ünvanı, rekvizitlər və əməkdaşlığa başlama və davam etdirmə üçün lazım olan digər məlumatlar)
- Nizamnamə sənədləri: nizamnamə, vahid dövlət reyestrindən çıxarış, cəmiyyətin təsis edilməsi barədə protokol (qərar), hüquqi şəxsiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnamə
- İdarəçinin səlahiyyətlərini təsdiq edən sənəd
- Daşınma üçün nəqliyyat sifarişləri OCTOS proqramının şəxsi kabinetində tərtib edilir. Proqrama giriş hüququ müştəriyə müqavilə imzalandıqdan sonra verilir.
- Xidmət göstərilmədən əvvəl müştəri tərəfindən tam 100% məbləğdə əvvəlcədən ödəniş həyata keçirilir.
- Ödəniş üsulu: nağdsız ödəniş
- Daşıma üçün konkret bir sifarişin daşınma haqqının ödənildiyini təsdiqləmək üçün ekspeditor tərəfindən təyin olunan koddur.
- SMGS yük qaiməsi beynəlxalq sənəddir və yükün dəmir yolu ilə daşınması zamanı bütün əməliyyatları tənzimləyir, eyni zamanda malların daşınması ilə bağlı sənəd rolunu oynayır.
- SMGS yük qaiməsi, əgər daşınma müqaviləsində başqa cür göstərilməyibsə, yükgöndərən tərəfindən tərtib edilir. Yük qaiməsi kağız üzərində və ya elektron formada tərtib edilə bilər.
- Müştəriyə yükdaşıma stansiyalarında yük əməliyyatlarının həyata keçirilməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən ayrılan koddur. Yükgöndərən şirkətin adının MDB dövlətlərinin Baş Hesablama Mərkəzinin klasifikatoruna yük göndərilməsini və qəbulunu həyata keçirmək məqsədi ilə əlavə olunması üçün istifadə olunur.
- Müştəri ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında qarşılıqlı hesabatların həyata keçirilməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müştəriyə ayrılan koddur.
- Yüklərin daşınmasını planlaşdırmaq və razılaşdırmaq üçün mərkəzləşdirilmiş, avtomatlaşdırılmış bir sistemdir. Bu sistem, daşınma marşrutunda iştirak edən dəmir yolu administrasiyalarına müqavilə öncəsi razılaşdırmanı həyata keçirməyə imkan verir.