Şəxsi kabinet Online müraciət

Haqqımızda

“ADY Ekspress”  ölkəmizdə yükdaşımaların həcminin artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün  ekspeditor və iri həcimli yük sahiblərinə  onlayn xidmətlər təklif edir.

Tariximiz

Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmiz coğrafi cəhətdən Qafqazın əlverişli mövqeyində yerləşir. Bu mövqe Xəzəryanı ölkələrin tranzit yükdaşıma potensialının artırılması istiqamətində bir çox layihələrin həyata keçirilməsi ilə nəticələnib. Ölkə başçısı İlham Əliyevin dəstəyi ilə tranzit yük daşımalarının artırılması istiqamətində nəqliyyat sahəsində bir sıra islahatlar aparılıb və layihələr reallaşdırılır. Azərbaycanın əsas tranzit ölkə kimi artan əhəmiyyətini və dəmir yolu xidmətlərinə yüksək tələbatı nəzərə alaraq, dünya standartlarına uyğun olaraq “Azərbaycan Dəmir Yolları” QSC yeni strukturu - “ADY Ekspress” MMC-ni yaradıb. ADY Express yüklərin cəlb edilməsi və ölkəmizdən keçən tranzit yüklərin həcminin artırılması üçün ekspeditorlara və iri yük sahiblərinə onlayn xidmətlər göstərir.
Tariximiz
Tariximiz
Tariximiz

Azərbaycanda dəmir yolunun təməli 1878-ci ildə qoyulmuş, inşası isə 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Həmin tarixi dövrdən başlayaraq dəmir yolu ilə yük daşınmasına olan tələbatın artdığı nəzərə alınaraq bu sahə inkişaf etmiş və təkmilləşmişdir. Hazırda ölkə üzrə dəmir yollarının açılmış uzunluğu 2954,74 km-dir.
140 illik tarixə malik olan Azərbaycan Dəmir Yolu çox əzəmətli fəaliyyət yolu keçmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun bazasında «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.

Son illər aparılan məqsədyönlü islahatlar, infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycan beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilmiş, ölkəmizin tranzit imkanları daha da genişlənmiş, “Azərbaycan Dəmir Yolları” QSC beynəlxalq yükdaşımalarda fəal oyunçulardan birinə çevrilmişdir. Artan yük həcmini səmərəli idarə etmək məqsədilə Azərbaycan Dəmir Yolları QSC tərəfindən bir sıra zəruri addımlar atılmışdır.

 

Tariximiz
Tariximiz
Tariximiz
Tariximiz
Tariximiz
Tariximiz
Tariximiz
Tariximiz
Tariximiz