Şəxsi kabinet Online müraciət

Relslər

Dəmiryolu nəqliyyatında yolun en ölçüsü – rels başlıqlarının daxili kənarları arasındakı məsafədir.

Dəmiryolu nəqliyyatında yolun en ölçüsü – rels başlıqlarının daxili kənarları arasındakı məsafədir.
Müxtəlif səbəblərə görə dünyanın ayrı-ayrı ölkələrində yolun en ölçüləri fərqlidir. Bu, dəmiryolu vasitəsilə, xüsusən beynəlxalq yükdaşımalarda müəyyən çətinliklər yaradır.
Bunu aradan qaldırmaq üçün aşağıdakılardan sitifadə edilir:

  • Yükün hərəkət tərkibindəki bir yolun en ölçüsünə aid vaqondan digər en ölçüsünə aid vaqona aşırılması;
  • Vaqonların ara bucaqlarının müəyyən olunmuş en ölçülü yolda hərəkəti üçün uyğun arabacıqlarla əvəz olumnası;
  • Yolun en ölçüsünün avtomatik dəyişdirilməsi üçün müxtəlif texnologiyalar;

Bu məqsədlə birləşdirici məntəqələrdə və bir çox hallarda hər iki istiqamətdə onlarla kilometr məsafədə müxtəlif ölçüdə eni olan qonşu dəmir yolları və ya birləşdirilmiş müxtəlif en ölçülü dəmiryol xətti ola bilər.

Dəmiryol xəttinin kənar iz ölçüləri

Geniş iz ölçülü yol

Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Gürcüstan, Belarus, Moldova, Ukrayna, Estoniya, Latviya, Litva, Finlandiya, Monqolustan, Əfqanıstanın şimalı – 1520 мм

Standart iz ölçülü yol
Türkiyə və Avropa ölkələri (dünyada ən çox yayılmış iz ölçüsü) – 1435 mm-dir.
Çin, İran, Cənubi Koreya – 1435mm

Maksimal iz ölçülü yol

Hindistan, Pakistan – 1676 mm