Sumqayıt yük terminalı
Ümumi sahə: 30 hektar
Konteyner platformasının tutumu: 2400 TEU
Örtülü anbar sahəsi: 2000 kv. M
Terminal xidmətləri:
Yüklərin aşırılması: Terminal ərazisində yüklərin idarə edilməsi və daşınması, o cümlədən yüklənməsi, boşaldılması və ötürülməsi.
Yükləmə/boşaltma xidmətləri: Yüklərin nəqliyyat vasitələrinə yüklənməsi və təyinat nöqtəsində boşaldılması.
Saxlama xidmətləri: Qısa və ya uzunmüddətli olaraq örtülü və ya açıq anbarlarda yüklərin saxlanılması.
"Qapıdan qapıya" xidmətləri: Bütün logistika proseslərini əhatə edən, yüklərin göndərilmə nöqtəsindən təyinat yerinə birbaşa çatdırılmasını təmin edən xidmət.
Terminalın gündəlik potensial yükötürmə qabiliyyəti:
Vaqonlar: 150 ədəd (örtülü vaqonlar, yarımvaqonlar, platformalar).
Konteyner boşaltma zonası: 300 konteyner.
Terminal 12 dəmir yolu xətti və 1 girişlə təchiz olunub.