Şəxsi kabinet Online müraciət
Geriyə

ADY Express beynəlxalq forumda təmsil olunub

ADY Express beynəlxalq forumda təmsil olunub

Bakıda “Beynəlxalq Qara Dəniz-Xəzər Logistika Forumu 2023: dəhlizlər, yüklər, infrastruktur” adlı konfrans keçirilir. 2 gün ərzində keçirilən tədbirdə  logistika və nəqliyyat sahəsinin 200-ə yaxın nümayəndəsi iştirak edir.

Forum logistika üçün dəhlizlər, yüklər və infrastrukturla bağlı aktual məsələləri müzakirə etmək, həmçinin təcrübə və ideyaları bölüşmək üçün unikal imkan yaradır.

ADY Express şirkətinin nümayəndələri forumun işində fəal iştirak edirlər. Tədbir zamanı logistika və nəqliyyat sahəsinin əsas təmsilçiləri ilə mühüm görüşlər və müzakirələr aparılıb. Nəqliyyat dəhlizlərinin inkişaf perspektivləri və yüklərin daşınması üçün yeni imkanlar müzakirə edilib.

ADY Express əməkdaşlarının forumda iştirakı yeni tərəfdaşların sayının artacağına və logistika sahəsində yeni əlaqələrin yaranmasına öz töhvəsini verəcək. Eyni zamanda ADY Express şirkətinin bu foruma qatılmağı tərəfdaşlıq əlaqələrimizin gücləndirilməsi ilə yanaşı yükdaşımalar sahəsində müştərilərimizə təqdim etdiyimiz xidmətlərin inkişafına və yaxşılaşdırılması üçün yeni imkanlar yaradır.