Şəxsi kabinet Online müraciət
Geriyə

ADY Express beynəlxalq tədbirdə təmsil olunub

ADY  Express beynəlxalq tədbirdə təmsil olunub

“ADY Express” MMC-nin direktoru Vüqar Mirqasımovun başçılıq etdiyi nümayəndə heyəti, Özbəkistanın paytaxtı Daşkənd şəhərində işinə başlayan “TransLogistica Uzbekistan 2022” 18-ci nəqliyyat və logistika sərgisində iştirak edir. 2-4 noyabr tarixlərində keçirilən sərgidə 30-dən artıq ölkənin nümayəndələri təmsil olunurlar.

“Translogistica Uzbekistan” beynəlxalq sərgisi Özbəkistan və qonşu ölkələrinin dövlət və özəl nəqliyyat qurumlarının nümayəndələri və aparıcı mütəxəssisləri ilə görüşmək, habelə logistika sahəsində ən son yeniliklər və istiqamətlərlə tanış olaraq, perspektivli layihələrlə tanış olmaq üçün unikal imkan yaradır. Tədbirdə nəqliyyat və logistika sektorunun aparıcı şirkətlərinin təmsilçiləri, qeyd olunan sahədə ən son tendensiyaları və yenilikləri təqdim edərək bir məkanda araya gəlib, gələcək işbirliyi haqqında danışıqlar aparırlar.

“ADY Express” MMC-nin təmsilçiləri, sərgidə iştirak edərək, Azərbaycanın tranzit imkanlarını nümayiş etdirərək, Mərkəzi Asiya-Azərbaycan-Avropa istiqaməti üzrə logistik xidmətlərini təqdim edib. Şirkət nümayəndələri çoxsaylı görüşlərdə, Mərkəzi Asiya ölkələrindən yüklərin dünya bazarına çıxarılması və idxal yüklərinin daşınması ilə bağlı təkliflərini irəli sürüb. Aparılan danışıqlarda Özbəkistan və regionun digər ölkələrinin təmsilçiləri, Azərlbaycan ərazisindən keçən Beynəlxalq Nəqliyyat Marşrutlardan istifadə etmək və ADY Express-in xidmətlərindən yararlanmağda maraqlı olduqlaırını nümayiş etdiriblər.

Azərbaycan təmsilçiləri ölkəmizdə tranzit yükdaşımaları sahəsində görülən işlər, reallaşdırılan iri infrastruktur layihələri, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin üstünlüklərini təqdim ediblər və bu marşrutlara əlavə yüklərin cəlb olunması üçün yeni tərəfdaşlar qazanmaq istiqamətində danışıqlar aparıblar.

Qeyd edək ki, “TransLogistica Uzbekistan” beynəlxalq sərgisi regionun ən böyük nəqliyyat və logistika sərgisi sayılır. Tədbir iştirakçıları arasında dəmir yolları və aviaşirkətlərin administrasiyaları, logistika şirkətləri, nəqliyyat vasitələrinin istehsalçıları və dilerləri, logistika mərkəzləri, yük daşıma və anbar şirkətləri, eləcə də konsaltinq şirkətləri iştirak edirlər.