Şəxsi kabinet Online müraciət
Geriyə

ADY Express-in yeni saytı istifadəyə verildi

ADY Express-in yeni saytı istifadəyə verildi

Yeni sayt müştəri məmnunluğunun təmin olunması istiqamətində sahibkarlara öz biznes fəaliyyətlərini daha səmərəli təşkil etməkdə əlavə üstünlüklər verəcək.

         “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-nin yeni saytı (www.adyexpress.az) 19.12.2022 tarixindən etibarən istifadəyə verilib.

Dəmir yolları vasitəsi ilə yükdaşımalar sahəsində bir sıra xidmətlər göstərən şirkətin yeni  saytının  istifadəyə verilməsi, ilk növbədə iri sənaye subyektlərinə, kiçik və orta biznes nümayəndələrinə öz fəaliyyət planlarını daha səmərəli təşkilində və müştəri məmnunluğunun təmin edilməsində mühüm rol oynayacaq. Yeni sayt, həmçinin şirkətin rəqabət qabiliyyətinin artırılmasına, yeni tərəfdaşların qazanılmasına və biznes əlaqələrinin genişləndirilməsinə önəmli töhfə verəcək.   

Məzmun cəhətdən xeyli zənginləşdirilmiş sayt funksionallıq baxımından istifadəçiyə şirkətin xidmətləri barəsində məlumatları daha əlçatan edir. Saytda yerləşdirilmiş yeni xəritələrdən istifadə etməklə müştərilər ‘’ADY Express’’in yükdaşımalar coğrafiyası haqqında geniş məlumat əldə edə biləcəklər. Saytın əsas üstünlüklərindən biri də müraciətlərin onlayn formada qəbul edilməsidir.  Müştərilər onlayn müraciət əsasında öz şəxsi kabinetlərini yaradaraq lazım olan prosedurları yerinə yetirmək, sifarişlərin gedişatı izləmək, və s. xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, ‘’ADY Express’’də çalışmaq istəyən şəxslər saytın ‘’Karyera’’ bölməsində yerləşdirilmiş işə qəbul elanları və yeni vakansiyalar üzrə məlumatları vaxtaşırı olaraq əldə edə biləcəklər.

Sayt Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.