Şəxsi kabinet Online müraciət
Geriyə

ADY Express ixracyönümlü yüklərin nəqlini artırır. “Holcim” ASC üçün yeni daşımalar rekordu

ADY Express ixracyönümlü yüklərin nəqlini artırır. “Holcim” ASC üçün yeni daşımalar rekordu

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi olan “ADY Express” MMC 2023-cü ildə də ixrac yönümlü yüklərin nəqlini həyata keçirərək bu cür yüklərin dünya bazarlarına çatdırılması sahəsində Azərbaycan ixracatçılarına fəal dəstək verməkdə davam etdirir.

Şirkətdə Azərbaycanın iri ixracatçılar üçün daşımaların həcminin artırılmasına xüsusi diqqət yetirilir və onların arasında “Holcim” ASC-nin məhsullarının nəqlində əhəmiyyətli artım qeyd olunub.

Beləliklə, bu ilin 11 ayı ərzində ADY Express Azərbaycanın iri məhsul istehsalçısı olan “Holcim” ASC-ə məxsus 301104 ton sement və klinkeri daşıyıb. 2022-ci ilin eyni dövrdə isə həmin daşımaların həcmi 169050 ton təşkil edib. Bu ilki 78% artım ADY Express-lə Holcim şirkətinin birgə fəqliyyəti və əməkdaşlığı nəticəsində əldə edilib.

Qeyd edək ki, Azərbaycanda istehsal olunan sement və klinkerin daşınması üçün əsas istiqamət Gürcüstandır. ADY Express Qaradağ-Tbilisi, Qaradağ-Poti, Qaradağ-Rustavi və digər marşrutlar üzrə yükdaşımaları uğurla həyata keçirib.

Şirkət səmərəli logistik zəncirləri yaratmaqla yanaşı, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına da diqqət yetirir. Belə ki, vaqonların verilməsindən tutmuş yüklərin operativ Azərbaycan və Gürcüstan ərazilərində nəqlini tam təşkili ADY Express tərəfindən həyata keçirilir.

ADY Express ixracyönümlü yüklərin nəqlini artırır. “Holcim” ASC üçün yeni daşımalar rekordu
ADY Express ixracyönümlü yüklərin nəqlini artırır. “Holcim” ASC üçün yeni daşımalar rekordu