Şəxsi kabinet Online müraciət
Geriyə

Ady Express “Logitrans - 2022” sərgisində təmsil olunub

Ady Express  “Logitrans - 2022” sərgisində təmsil olunub

Türkiyənin İstanbul şəhərində 16-18 noyabr 2022-cı il tarixlərində ənənəvi “Logitrans - 2022” Beynəlxalq Nəqliyyat və Logistika sərgisi keçirilir. Sərgi Avropa və Asiya arasında qitələrarası yükdaşımalar sahəsində işgüzar əlaqələrin qurulması və bu sahədə fəaliyyət göstərən şirkətlərin bir araya gətirmək baxımından ən güclü platformalardan biri hesab edilir. Yenikapı Sərgi salonunda keçirilən tədbirdə Türkiyənin aparıcı təşkilat və şirkətləri ilə yanaşı, 30-a yaxın ölkədən nümayəndələr qatılıblar. Ölkələr arasında Azərbaycan, Avstriya, Belçika, Bolqarıstan, Çin, Çexiya, Misir, Estoniya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Qazaxıstan, Latviya, Almaniya, Macarıstan, Latviya, Rusiya, Serbiya, İspaniya, Hollandiya, Türkiyə və digərləri təmsil olunur.

“Logitrans - 2022”-in işində “ADY Express” MMC-nin nümayəndələri də iştirak edirlər. Keçirilən görüşlərdə, şirkət təmsilçiləri Azərbaycanın nəqliyyat-logistika imkanları, ölkəmizin ərazisindən keçən tranzit dəhlizlər və yeni layihələr haqqında məlumatlarla bölüşərək, yük sahibləri və logistika sahəsində fəaliyyət göstərən şirkətlərilə əməkdaşlığa dair danışıqlar aparıblar. İkitərəfli görüşlərdə əsasən Azərbaycan ərazisindən keçən beynəlxalq tranzit marşrutlarından istifadə etməklə, yüklərin nəqli məsələləri diqqət mərkəzində olub.

Qeyd edək ki, dünyanın tanınmış və nüfuzlu şirkətləri ilə keçirilən görüşlər, Azərbaycan dəmir yollarının təqdim etdiyi logistik məhsullarına, yükdaşımalar bazarında böyük marağın olduğunu göstərdi.