Şəxsi kabinet Online müraciət
Geriyə

«ADY Express» MMC: 2023-cü ilin 9 ayı ərzində idxal və ixrac yükdaşımalarında artım

«ADY Express» MMC: 2023-cü ilin 9 ayı ərzində idxal və ixrac yükdaşımalarında artım

Yükdaşımalar qlobal iqtisadiyyatda mühüm rol oynayır və onun səmərəliliyi şirkətlərin və ölkələrin rifahına birbaşa təsir göstərir. “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC yüksək keyfiyyətli logistik xidmət göstərməklə yanaşı, müştərilərin dəyişən ehtiyaclarına uyğunlaşmağa çalışır. Bunun sayəsində şirkət logistika və yükdaşımalar sahəsində  uğurlu nəticələr əldə edir.

Qeyd etmək istəyirik ki, ADY Express idxal və ixrac yüklərinin nəqlində artım əldə edib. Belə ki, 2023-cü ilin 9 ayı ərzində İdxal yüklərinin nəqli 919 564 ton təşkil edib ki, 2022-ci ilin eyni dövründə bu göstərici 704 660 tontəşkil edib ki, bu da 30,53% çoxdur. İdxal yüklərin sırasında şəkər, taxta və taxta məmulatları, benzin və texniki yağlar çoxluq təşkil edir.

İxrac yüklərinin nəqlinə gəlincə, 2023-cü ilin ilk 9 ayı ərzində ADY Express  623 199 ton yük daşıyıb ki, 2022-ci ilin eyni dövründə bu rəqəm 495 509 ton təçkil edib ki, bu da 25,79 % artım deməkdir. Şirkət tərəfindən nəql olunan ixrac yönümlü yüklər sırasında klinker, qazoyl, gil və tikinti materiallar üstünlük təşkil edir. 

Aparılan təhlillər onu göstərir ki, şirkətin bu növ yükdaşımalarında artımında bir neçə faktor rol oynayır. Azərbaycanın iqtisadiyyatının genişləməsi və qeyri neft sektorunun inkişafı əsas faktorlardandır.

Sonda qeyd etmək istərdik ki, ADY Express yükdaşıma sahəsində öz mövqeyini möhkəmləndirməklə, Azərbaycanın iqtisadi inkişafını dəstəkləməkdə və yüklərin etibarlı nəqlini təmin etməkdə davam edir. Biz xidmətlərimizin keyfiyyətini davamlı olaraq təkmilləşdirməyə və uzunmüddətli uğur üçün tərəfdaşlığımızı genişləndirməyə davam etdiririk.