Şəxsi kabinet Online müraciət
Geriyə

ADY Express Özbəkistanla əlaqələri genişləndirir

ADY Express Özbəkistanla əlaqələri genişləndirir

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olaraq “ADY Express” MMC 2022-ci il ərzində biznes əlaqələrini inkişafı istiqamətində fəaliyyətini davam etdirib. Daşıma coğrafiyasının genişləndirilməsi ilə bağlı həyata keçirilən kompleks tədbirlər xüsusi olaraq Mərkəzi Asiya ölkələri ilə işbirliyinin artırılmasına yönəldilib.

Bu sırada Özbəkistanla əməkdaşlığın genişləndirilməsi prioritet məsələlərdən biridir. İl ərzində ADY Express şirkətinin əməkdaşları, Özbəkistanda keçirilən bir sıra mühüm tədbirlərə qatılaraq, həmin ölkənin biznes dairələri ilə əlaqələr yaratmağa müvəffəq olublar. Nəticədə Özbəkistanla bağlı yükdaşımaların artırılmasına nail olunub.

Statistik göstəricilərə əsasən, əgər ADY Express şirkəti 2021-ci ildə Özbəkistanla bağlı 95 min tona yaxın yük nəql edibsə, 2022-ci ilin 10 ayı ərzində bu rəqəm 220 min tona yaxındır. Daşınan yüklərin 98%-i tranzit yüklərin payına düşüb. Nəql olunan 200 min tona yaxın yüklərin Özbəkistanın ixrac yüklərinin payına düşür, qalan hissəsi isə idxal yüklərinə aiddir.

Hər iki istiqamətdə daşımalar Xəzər dənizi üzərindən həyata keçirilib.