Şəxsi kabinet Online müraciət
Geriyə

ADY Express - " Translogistica Kazakhstan 2023" sərgisində iştirak edəcək

ADY Express - " Translogistica Kazakhstan 2023" sərgisində iştirak edəcək

Azərbaycanın ən böyük dəmir yolu operatorlarından biri olan “ADY Express" bu dəfə bölgənin ən iri logistik tədbirlərindən birinə, Astanada təşkil olunan “Translogistica Kazakhstan” beynəlxalq sərgisində iştirak edəcək. Sərgi 2023-cü ilin 4-6 oktyabr tarixlərində Qazaxıstan paytaxtında "Expo" Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək.

Stendimizin nömrəsi C09 olacaq. Şirkətimiz logistik xidmətlərini daha geniş auditoriyaya təqdim etmək üçün sərginin təqdim etdiyi imkanlardan yararlanacaq. Bu tədbir əlaqələrimizi genişləndirmək, yeni tərəfdaşlıq qurmaq və sahədəki son yenilikləri izləmək üçün böyük bir şans təşkil edir.

ADY Express şirkətinin nümayəndələri Translogistica Kazakhstan sərgisində yüklərin sürətli və təhlükəsiz nəqli üçün logistik proseslərinin optimallaşdırılması ilə bağlı məsələləri müzakirə edəcək.

Tədbir zamanı hər bir xidmətimiz haqqında ətraflı məlumat almaq və bizimlə görüşmək üçün maraqlı olan tərəfləri stendimizə dəvət edirik. Əməkdaşlıq təklifləriniz və suallarınız üçün bizə müraciət edin.

Bizimlə əlaqə:

Mail: İnfo@adyexpress.az

Telefon: +99412 599 66 76/ 77/ 78

Sərgiyə pulsuz giriş üçün bizim promo kodumuz: TRAM3VSKGF