Təqribi çatma vaxtı
22 Noyabr 09:28:51
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkətləri olan “ADY Express” və “ADY Konteyner” 21-23 may tarixlərində Rotterdamda keçirilən nüfuzlu “Breakbulk Europe 2024” sərgisində iştirak edir. Dünyanın müxtəlif yerlərindən 11 500-dən çox iştirakçı, 10 000 ziyarətçi, peşəkar və eksperti cəlb edən sərgi yük daşımaları və logistika sənayesində ən böyük illik tədbirlərdən biridir.
Qeyd edək ki, Avropanın əsas xablardan biri olan Rotterdam nəqliyyat və logistika şirkətləri üçün öz imkanlarını nümayiş etdirmək, həmkarları ilə əlaqələr qurmaq və yükdaşımalar sahəsində yeni imkanları araşdırmaq üçün hər il “Breakbulk Europe” sərgisinə ev sahibliyi edir.
ADY Express və ADY Konteyner şirkətlərinin tədbirdə iştirak etməsi Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin inkişafına töhfə verir. Logistika və ekspeditorluq sahəsində təcrübələrindən istifadə edən şirkətlər Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri ilə müxtəlif yüklərin daşınmasında öz imkanlarını nümayiş etdirirlər.
Sərgidə əsas müzakirə mövzuları arasında Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizləri, xüsusən də Bakı-Tbilisi-Qars dəmir yolu olub. Yenidənqurmadan sonra bu marşrut Avropa və Asiya arasında tranzit daşımalarda əsas elementə çevrilib və yüklərin səmərəli və etibarlı çatdırılmasını təmin edir. Bu strateji nəqliyyat marşrutu Azərbaycanın əsas tranzit qovşağı kimi mövqeyini gücləndirərək, regionda artan yük axınını asanlaşdırıb.
“Breakbulk Europe 2024” sərgisində ADY Express və ADY Konteyner Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərindən istifadə etməklə yükdaşımalar sahəsində xidmətlərini də nümayiş etdiriblər.