Şəxsi kabinet Online müraciət
Geriyə

"ADY Express" xidmətlərini "TransLogistica Uzbekistan 2023" sərgisində təqdim edəcək

"ADY Express" xidmətlərini "TransLogistica Uzbekistan 2023" sərgisində təqdim edəcək

"ADY Express" şirkəti "TransLogistica Uzbekistan 2023" nəqliyyat və logistika sərgisinə qatılacaq. Sərgi 1-3 noyabr 2023-cü il tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək və "UzExpoCentre" milli sərgi mərkəzinin 1-ci pavilyonunda keçiriləcək. "ADY Express" şirkətinin nümayəndələri B80 nömrəli stenddə sizi gözləyəcəklər.

"TransLogistica Uzbekistan", nəqliyyat və logistika sərgisi logistika sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətləri və ekspertləri birləşdirən mühüm tədbirlərdən biri sayılır. Sərgi çərçivəsində "ADY Express", yüklərin nəqli və logistika sahəsindəki öz xidmətlərini təqdim edəcək.

Biz sizi "TransLogistica Uzbekistan 2023" sərgisindəki stendimizi ziyarət etməyə dəvət edirik. Bizim xidmətlərimiz haqqında daha ətraflı məlumat əldə etmək, əməkdaşlıq imkanları barədə danışmaq üçün komandamız sizi gözləyir və suallarınıza cavab verməyə hazırdır.

"ADY Express" xidmətlərini "TransLogistica Uzbekistan 2023" sərgisində təqdim edəcək
"ADY Express" xidmətlərini "TransLogistica Uzbekistan 2023" sərgisində təqdim edəcək