Şəxsi kabinet Online müraciət
Geriyə

ADY Express yeni daşımalara yol açır. Tranzit yüklərin daşınmasında yenilik

ADY Express yeni daşımalara yol açır. Tranzit yüklərin daşınmasında yenilik

ADY Express şirkəti Azərbaycan ərazisindən keçən tranzit dəhlizləri vasitəsi ilə yükdaşımaların inkişafı və genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu yaxınlarda şirkət tərəfindən daha bir yeni yük növü olan ilmenit qumunun Azərbaycan ərazisindən keçən beynəlxalq marşrutlara cəlb edilməsinə nail olunub. 

İlmenit qumu ADY Express tərəfindən ilk dəfə Orta Dəhliz vasitəsilə daşıdığı daha bir yeni yük növüdür. Ümumi daşınmanın həcmi 10 min ton olan yük 151 yarımvaqonda nəql edilib. Bildirmək istəyirik ki, yük tam həcmdə artıq uğurla təyinat yerinə çatdırılıb. Qeyd edək ki, yük Syerra-Leonedən göndərilib, Gürcüstanın Poti limanında yükaşırma əməliyyatından sonra yük Azərbaycandan keçərək Qazaxıstana çatdırılıb.  

İlmenit qumu unikal xüsusiyyətlərə malikdir və müxtəlif sənaye sahələrində, o cümlədən metal istehsalında geniş istifadə olunur. Bu yükün daşınması əməkdaşlığın inkişafı üçün yeni perspektivlər və tranzit daşımalar sahəsində əlavə imkanlar yaradır.

ADY Express Azərbaycanın tranzit dəhlizləri ilə ilmenit qumu və digər növ yüklərin daşınması sahəsində əməkdaşlığı bundan sonra da davam etdirməyi planlaşdırır.

ADY Express yeni daşımalara yol açır. Tranzit yüklərin daşınmasında yenilik
ADY Express yeni daşımalara yol açır. Tranzit yüklərin daşınmasında yenilik