Şəxsi kabinet Online müraciət
Geriyə

ADY Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar kompleks təlimlər keçirib

28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsinin daha da yaxşılaşdırılması istiqamətində əməkdaşları üçün praktiki təlimlər təşkil edib. Təlimlərin keçirilməsində məqsəd ADY-də sağlam və təhlükəsiz iş şəraitinin davamlı təmin olunmasına töhfə vermək, habelə işçilərin əmək prosesində təhlükəsizlik qaydalarına düzgün əməl etməsini vaxtaşırı olaraq təkmilləşdirməkdir.

Təlimlər zamanı fövqəladə vəziyyət və böhran anlarında təxliyə və ətraf mühitin qorunmasının operativ və səmərəli təşkili mövzusuna üstünlük verilib.

Təlimçilər xüsusilə hündürlükdə və qapalı sahələrdə iş zamanı baş verən hadisələr nəticəsində zərərçəkənlərin təxliyəsi qaydaları, habelə onlara ilk yardımın göstərilməsi, eləcə də yanğın təhlükəsizliyi qaydaları, odsöndürənlər və yanğından mühafizə qatarı ilə dəmir yollarında baş verə biləcək yanğınların söndürülməsi simulyasiyalarında iştirak etməklə praktiki vərdişlərini təkmilləşdiriblər.

ADY əməliyyatların səmərəliliyinin artırılması, sərnişin və yük daşımaların vaxtında və təhlükəsiz mənzil başına çatdırılması ilə bazarda etibarlı tərəfdaş mövqeyinin daha da möhkəmləndirmək istiqamətində əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələri üzrə  kompleks tədbirlər planını həyata keçirməkdədir.