Şəxsi kabinet Online müraciət
Geriyə

Astana nəqliyyat və logistika sərgisi: Orta dəhlizin inkişafı üçün yeni imkanlar

Astana nəqliyyat və logistika sərgisi: Orta dəhlizin inkişafı üçün yeni imkanlar

Oktyabrın 4-dən 6-dək Qazaxıstanın paytaxtı Astanada regional nəqliyyat və logistika həyatında mühüm hadisələrdən biri - “TransLogistica Kazakhstan 2023” nəqliyyat və logistika sərgisi keçirilib. Bu il tədbir 20-dən çox ölkədən 200-dən çox şirkəti, minlərlə iştirakçı və nümayəndəni bir araya gətirdi. Müxtəlif ölkələrin sənaye rəhbərlərinin, şirkətlərinin və hökumət nümayəndələrinin diqqətini cəlb edən bu tədbir nəqliyyat logistikası sahəsində innovasiyaların və perspektivli texnologiyaların, eləcə də yeni regional logistik marşrutların müzakirəsi və təşviqi məqsədilə təşkil edilib.

Sərgidə “Azərbaycan Dəmir Yolları” QSC və iki törəmə şirkəti “ADY Express” MMC və “ADY Konteyner” MMC təmsil olunub. Sərgidə Azərbaycan dəmiryolçularının birgə stendi çoxsaylı ziyarətçilərin marağına səbəb olub və bəyənilib. Şirkət nümayəndələri yükdaşıma sahəsində nəqliyyat və logistika imkanlarımızı, eləcə də Orta Dəhliz üzrə yüklərin daşınması üzrə qazandığımız təcrübəmizi təqdim edərək çoxsaylı ziyarətçilərə Azərbaycan ərazisindən yüklərin daşınmasının səmərəliliyini nümayiş etdirdik ki, bu da logistik zəncirlərin təkmilləşdirilməsinə kömək edir.

Sərgi çərçivəsində keçirilən görüşlər və danışıqlar zamanı ADY Express və ADY Container nümatəndələri nəqliyyat sahəsində innovativ yanaşmalarla bölüşdülər və logistik xidmətlərini təqdim etdilər. Mütəxəssislərdən ibarət komandamız Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutlarına yüklərin cəlb edilməsi üçün ziyarətçiləri maraqlandıran sualları cavablandırıb, məsləhətlər verib və yeni işgüzar əlaqələr qurublar.

Nəqliyyat həftəsi çərçivəsində Astanada “Yeni İpək Yolunda multimodal daşımaların tendensiyaları” adlı biznes forum da keçirilib. Bu tədbirdə xarici ölkələrin müxtəlif nazirliklərinin rəhbərləri, işgüzar dairələrin nümayəndələri və iri şirkətlərin rəhbərləri iştirak edirdi. Forumda ADY Express şirkətinin rəhbərliyi də iştirak edərək, ikitərəfli əlaqələrin qurulması istiqamətində vacib danışıqlar aparıblar.  

Təcrübə mübadiləsi və yeni əlaqələrin yaradılması üçün Azərbaycan dəmir yolları nümayəndələrinin “TransLogistica Kazakhstan 2023” sərgisində və biznes forumda iştirakı Azərbaycanda nəqliyyat və logistika sahəsində gələcək inkişafın təmini, Mərkəzi Asiya regionu ilə əməkdaşlığn möhkəmləndirilməsi, Azərbaycan ərazisindən keçən tranzit marşrutlarının populyarlaşdırılması və tranzit yük axınının artırılması istiqamətində daha bir mühüm addım sayıla bilər.