Şəxsi kabinet Online müraciət
Geriyə

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Moskvada rusiyalı həmkarı ilə görüşüb

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Moskvada rusiyalı həmkarı ilə görüşüb

26 aprel tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov və "Rusiya Dəmir Yolları" ASC-nin baş direktoru Oleq Belozerov arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında tranzit yük daşımaları sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə “Şimal-Cənub’’ marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub.

Görüşdə müvafiq marşrutun rəqabətə davamlılığı və əlavə yük həcmlərinin cəlb olunması barədə geniş fikir mübadiləsi aparılıb.

O cümlədən iki ölkə arasında tranzit vaxtının optimallaşdırılması, sənəd dövriyyəsinin elektronlaşdırılması və marşrutlar üzrə əməliyyatların sinxronlaşdırılması ilə bağlı təkliflər planı geniş müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Moskvada rusiyalı həmkarı ilə görüşüb
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Moskvada rusiyalı həmkarı ilə görüşüb