Şəxsi kabinet Online müraciət
Geriyə

Bişkekdə “Qırğızıstan və Mərkəzi Asiyada neft məhsulları bazarı” adlı konfrans keçirilib

Qırğızıstanın paytaxtı Bişkekdə iki gün ərzində keçirilən “Qırğızıstan və Mərkəzi Asiyanın neft məhsulları bazarı” konfransı neft məhsulları sənayesi və logistikası əlamətdar regional hadisəyə kimi dəyərləndirilir. 20-ə yaxın ölkədən 130-a yaxın nümayəndənin iştirak etdiyi tədbir neft məhsullarının regionun iqtisadi inkişafında strateji əhəmiyyətli amil olaraq qaldığının təsdiqi oldu.

Konfransda “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi olan “ADY Express” MMC-nin nümayəndəsi də iştirak edib. Şirkətin kommersiya departamentinin rəhbəri Yusif Ramazanov eyni zamanda tədbirdə “Orta dəhliz vasitəsilə neft məhsullarının nəqlinin logistika aspektləri və tranzit axınları” mövzusunda təqdimatla çıxış edib, bununla da ADY Express-in bu sahədəki bilik və təcrübəsi ilə bölüşüb.

Qeyd edək ki, ADY Express nümayəndəsinin məruzəsində qaldırılan neft məhsullarının logistikası mövzusu konfransda ən çox müzakirə olunan mövzulardan biri olub. Müzakirələr zamanı tranzit axınlarının mövcud vəziyyəti və Orta Dəhliz vasitəsilə neft məhsullarının daşınmasının perspektivləri nəzərdən keçirilib. Müzakirələrdən sonra keçirilən görüşlər də bu mövzu diqqət mərkəzində olub.

Konfrans həmçinin iştirakçılara təcrübə mübadiləsi, yeni əlaqələr yaratmaq və köhnə tərəfdaşlıq əlaqələrini gücləndirmək imkanı verib. Konfransda “ADY Express” şirkətinin nümayəndəsinin iştirakı və məruzəsi Mərkəzi Asiya ölkələrində neft məhsullarının logistikası sahəsində gələcək inkişaf və əməkdaşlıq istiqamətində mühüm addım olub