Təqribi çatma vaxtı
22 Noyabr 09:28:51
Bölgədə logistik marşrutlarının dəyişdiyi dönəmdə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "ADY Express" MMC, Azərbaycanda dəmir yolu ilə tranzit yüklərinin nəqli sahəsində qabaqcıl mövqeyini saxlamaqdadır. Bu, Azərbaycanın əlverişli coğrafi mövqeyi və dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi sayəsində mümkün olub. Azərbaycandan keçən beynəlxalq nəqliyyat marşrutları, artıq tranzit yükdaşımalar sistemində sürətli və effektiv yol kimi tanınır.
Hazırda ölkəmizdə keçən tranzit yüklərin arasında Qazaxıstan mənşəli məhsullar liderlik edir. ADY Express şirkəti Qazaxıstandan digər növ yüklərlə yanaşı ən çox sıxılmış maye qazın tranzit rejimdə nəqlində artım əldə edib.
Qeyd olunan yük Xəzər dənizinin şimal hissəsindən, Rusiya ərazisindən keçərək Azərbaycana, daha sonra Gürcüstana və daha sonra üçüncü ölkəyə nəql edilir.
Statistik göstəricilərə əsasən bu ilin 8 ayı ərzində "ADY Express" aktivlik göstərərək Qazaxıstandan ümumilikdə 141 958 ton maye qaz nəql etməyə müvəffəq olmuşdur. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 70,7% çoxdur.
"ADY Express" şirkətinin bölgədəki tranzit daşımalarında tətbiq etdiyi yeniliklər və təşəbbüslər nəticəsində özünün önəmli beynəlxalq tranzit daşımalar sistemində aktiv təmsilçiliyini möhkəmləndirir və bu sahədə uğur əldə edilməsi üçün çalışmağa davam edir.