Şəxsi kabinet Online müraciət
Geriyə

ADY Express Qazaxıstandan yükdaşımaları artırıb

ADY Express Qazaxıstandan yükdaşımaları artırıb

Mövcud qeosiyasi reallıqlar, Avrasiya məkanında logistik xəritənin dəyişməsi və yük axınlarının istiqamətinin dəyişdirilməsinə səbəb olur. Artıq Mərkəzi Asiya ölkələri dünya bazarlarına çıxışlarını təmin etmək üçün, Azərbaycanın tranzit imkanlarından yararlanmağa başlayıb. Həmin ölkələrdən olan iri yük sahibləri və logistik şirkətlər, tranzit marşrutu kimi daha çox Azsərbaycanı seçir.

Azərbaycan Dəmir Yollarının törəmə şirkəti olan “ADY Express” MMC keyfiyyətli logistik servis təqdim edərək Qazaxıstan mənşəyi və Qazaxıstan təyinatlı yükdaşımaları dəfələrlə artırmağa nail olub.

2022-ci ilin 10 ayı ərzində hər iki istiqamətdə ADY Express 1 milyon tondan artıq yük daşımağa müvəffəq olub. Nəzərə alsaq ki, 2021-ci ildə ADY Express-in bu istiqamətdə daşıdığı yüklərin miqdarı ümumi olaraq cəmi 125 min tondan bir qədər artıq olub, hazırda Qazaxıstanla bağlı yükdaşımaların 8 dəfə artdığını demək olar. İlin sonuna qədər isə bu göstəricinin 9-10 dəfə artıq olacağını proqnozlaşdırmaq mümkündür.

Bu ilin 10 ayı ərzində ADY Express Qazaxıstandan 950 min tona yaxın yük nəql edib ki, bunun 96%-i tranzit yüklərin payına düşüb.

Eyni dövr ərzində ADY Express Qazaxıstana 100 min tona yaxın yük daşımağa nail olub.

Qeyd edək ki, Qazaxıstandan yüklər 2 marşrutla - Xəzər dənizi vasitəsi ilə və quru yolla Samur-Yalama keçidindən istifadə etməklə nəql edilir.