Təqribi çatma vaxtı
22 Noyabr 09:28:51
Yük vaqonlarının növləri | Qapalı | Yarımvaqonlar | Platformalar |
---|---|---|---|
Qısa təsvir | Qapalı vaqonlar yükləri atmosfer təsirlərindən, küləkdən və hətta oğurluqdan qoruyur. O, qablaşdırılmış və qablaşdırılmamış yüklərin daşınması üçün uyğundur. Yükləmə əsasən yan tərəfdən sürüşən qapılardan həyata keçirilir. | Yarımvaqonlar hündür bortları olan açıq kuzovla təchiz olunur ki, bu da məhsulların tez yüklənməsinə və boşaldılmasına imkan verir. Yarımvaqonlar iki növə ayrılır: lüklü (döşəməsində boşaltma lükları olan) və lüksüz (lüksuz kuzovla təchiz olunmuş). | Konstruksiyaya görə uca bortları olan açıq platformadır və ya bəzi hallarda heç bortları olmur. |
Vaqonun təyinatı | Qablaşdırılmış məhsullar (ərzaq, müxtəlif avadanlıqlar, dəzgahlar, qablaşdırılmış tökme yüklər və s.) daşınması üçün istifadə olunur. | Atmosfer təsirlərindən qorunmaya ehtiyacı olmayan qalaq, səpələnmiş və iri yüklər, konteynerlər, avtomobil nəqliyyatı və uzunölçülü yüklərin (ağac, borular, metal və s.) daşınması üçün istifadə olunur. | İrihəcmli, normadan böyük, uzunölçülü yüklərin, məsələn, metal borular, təkərli, tırtıllı, tikinti, yol texnikası, dəzgahlar, ağac materialları və digər yüklərin daşınması üçün istifadə olunur. Atmosfer təsirlərindən qorunmaya ehtiyacı olmayan yüklər üçün uyğundur. |
Yük vaqonlarının növləri | Çən vaqon | Hopper | Avtomobil daşıyan vaqon | Dumpkar |
---|---|---|---|---|
Qısa təsvir | Maye məhsulların daşınması üçün nəzərdə tutulmuş yük vaqonu. Kuzovu silindrik formalı rezervuar şəklindədir, yükləmə lyukları, boşaltma-naliv, nəzarət və bağlama armaturları var. | Kuzovu oyuq şəklində olan öz-özünə boşaldan yük vaqonu. Aşağı hissəsində olan lyuklar açıldıqda yük öz çəkisi ilə tökülür ki, bu da sürətli boşalmaya imkan yaradır. | İki mərtəbəli kuzova malik olan ixtisaslaşmış vaqon, yan qapılar yerinə vaqonun başında qapıları var. Vaqonların içərisində avtomobilləri xüsusi breketlərlə sabitləyən qoruma sistemi var. Yükün qorunmasına olan tələblərdən asılı olaraq açıq və ya qapalı olur. | Maşınla boşaldılma üçün pnevmatik ötürücülü əyilən kuzova malik olan ixtisaslaşmış vaqon. Kuzovun əyilməsi zamanı bortları da əyilir. |
Vaqonun təyinatı | Maye yüklərin (neft, açıq və qara neft məhsulları, kimyəvi maddələr, sıxılmış qaz, qida məhsulları və s.) daşınması üçün nəzərdə tutulmuşdur. | Dənəvər yüklərin (taxıl, sement, mineral gübrələr və s.) qabsız daşınması və atmosfer təsirlərindən qorunması üçün nəzərdə tutulmuşdur. | Minik avtomobilləri və digər kiçik ölçülü təkərli texnikaların daşınması üçün nəzərdə tutulmuşdur. | Dağ süxurları, kömür yüklər, torpaq, qum, çınqıl və s. kimi yüklərin daşınması üçün nəzərdə tutulmuşdur. |
Yük vaqonlarının növləri | Soyuducu (Refrijerator) | Termos | İxtisaslaşmış platforma | Transportyor |
---|---|---|---|---|
Qısa təsvir | Yük daşınmasının gedişində temperatur rejiminə riayət edilməli olan yüklərin daşınması üçün istifadə edilən izotermik vaqon. Soyuducu vasitəsilə yükün temperaturu saxlanılır. Soyuducu vaqonlar seksiyalı və müstəqil olur. Seksiyalı olanlar soyuducu seksiyanın tərkibində dizel-generatorlu vaqonla birgə istifadə edilir, müstəqil soyuducu vaqonlarda isə soyutma sistemi vaqonun baş hissəsində yerləşdirilir. | Temperatur rejiminə ehtiyacı olan tez xarab olan yüklərin daşınması üçün nəzərdə tutulmuş izotermik vaqon. Soyuducuya malik deyil, temperatur rejimi yük yerinin izolyasiyası hesabına saxlanılır. Bu səbəbdən, termos vaqonların daşınma məsafəsi və müddəti məhduddur. | İxtisaslaşmış platformalar daşınan yükün növündən asılı olaraq müxtəlif qruplara bölünür: meşə materialları, konteynerlər, avtomobillər, metal məhsulları və s. daşımaq üçün nəzərdə tutulmuşdur. Bu vaqonlar yükləri sabitləmək və yükləmə-boşaltma işlərini asanlaşdırmaq üçün xüsusi mexanizmlərlə təchiz edilir. | Xüsusi açıq vaqon növüdür, gücləndirilmiş quruluşa, adi platformalardan daha çox yükqaldırma qabiliyyətinə və aşağı yükləmə platformasına malikdir. Bu, yükün sabitliyini artırır və daşınma zamanı yükün hündürlüyünü azaldır. Transportyorlar müxtəlif növlərdə olur: platformalı, meydançalı, quyuşəkilli, birləşik və qoşulmuş tip. |
Vaqonun təyinatı | -20 dərəcədən +16 dərəcəyədək temperatur intervalında tez xarab olan yüklərin daşınması üçün nəzərdə tutulmuşdur. | Yüksək vaxt məhdudiyyəti olan tez xarab olan yüklərin daşınması üçün nəzərdə tutulmuşdur. | Müxtəlif yüklərin (konteynerlər, texnika, avtomobillər, meşə məhsulları və s.) daşınması üçün nəzərdə tutulmuşdur. | Ağırçəkili, iri həcmli və qeyri-standart yüklərin (güclü transformatorlar, turbin hissələri, generator rotoru və statorları və s.) daşınması üçün nəzərdə tutulmuşdur. |